0
0
phone-icon
+994 55 801 55 11 Geri zəng

Hədiyyə axtarışında 3 ipucu

Hədiyyə axtarışında 3 ipucu. 

Özəl bir gün , bayram günü və ya doğum günü üçün yadda qalan hədiyyə axtarırsınızsa seçimlərinizdə saatlar üçün geniş yer ayıra bilərsiniz.

Düzgün seçim üçün doğru mərhələləri izləyin.

Markalar saat modellərini dizayn edərkən fərqliliyə önəm verir və öz tərzlərini formalaşdırırlar. Fərqli rənglərdən , ölçü və formalardan istifadə edilsə də , bəylər və xanımlar rutin həyatlarında standart klassik saat modellərinə üstünlük verirlər. Çünki , hər yaşda xanım və bəylər klassik dizaynlı saatları uzun müddət istifadə etmə imkanına sahibdir.Həmçinin hədiyyə edəcəyiniz qol saatını istifadə edən şəxs hər daim sizi xatırlayacaq zamanı izləyərkən sizi də xatırlatmağının xöşbəxtliyini yaşayacaq.

Geyim tərzinin aşkarlanması

Hədiyyə alınan şəxsin geyim stilinin təyin edilməsi vacib mərhələlərdən birincisidir. Saat seçərkən öz zövqünüzə uyğun deyil , aldığınız şəxsin zövqünə uyğun seçim etməyiniz tövsiyyə olunandır. Şəxslərin gündəlik həyatlarında üstünlük verdiyi əsas geyim tərzləri klassik , casual və sportdur. “ Hansı brendlər hansı tərzlərə daha uyğundur ?” sualının cavabı aşağıda qeyd olunduğu kimidir.

Klassik : Tissot , Swiss Military , Citizen, Daniel Klein və b.

Casual : Lorus , Casio , Naviforce, Mini Focus və b .

Sport : G-shock , Edifice, Swatch , Casio və b .

İş fəaliyyətinə uyğun seçim

İnsanlar günün 24 saatının əsasən 8-9 saatını işdə və işlədiyi məkanda keçirirlər. Ona görə də , hədiyyə alacağınız şəxsin peşəsinin və iş mühitinin təyin edilməsi önəmlidir. Belə ki , şəxs gündəlik həyatda sport geyimlərə üstünlük versədə peşəsi və iş mühiti klassik geyimdə olmasını tələb edirsə , şəxsə klassik model hədiyyə edilməsi daha məqsədə uyğundur. Ağır iş fəaliyyətində olan şəxslər üçün paslanmaz polad və kauçuk modellər , ofis şəraitində olanlar üçün dəri kəmər model seçimi uyğundur.


Bilək ölçüsünə uyğun seçim

Xanım üçün saatlarda korpus ölçüsü 25mm dən – 35mm qədər , bəylərdə 38 mm dən – 56mm qədər olur. Saat hədiyyə edərkən fikir verməli olduğumuz önəmli məqamlardan biridə budur.