0
0
0

0.00AZN

Sifariş

YENİ İLDƏ ZAMANI DONDURAN HƏDİYYƏLƏR

YENİ İLDƏ  ZAMANI DONDURAN HƏDİYYƏLƏR

Yeni ilə qədəm qoyduğumuz bu dövrdə gözlərimizi yumub keçmişə qayıdırıq. Bütün bir il ərzində etdiklərimizi xatırladıqca gözümüzün önündə ən xoşbəxt anlarımızda, ən pis anlarımızda, dostlarımızı və  sevdiklərimizi gördüyümüz görüntülər canlanır. İlin sonunda dostlarımızı xatırlamağın və yeni ildə yeni bir başlanğıc  üçün onları sevindirəcək Yeni il 2022 üçün  hədiyyə variantlarını nəzərdən keçirməyin vaxtı gəldi. 

Yeni il Xoşbəxtlik deməkdir..

Yeni ilə girərkən bütün sevdiklərimizin üzündə eyni təbəssümü görmək üçün qollarımızı çırmadıq. Ana, qız, oğlu və qardaşımıza uyğun bir çox Yeni il hədiyyəsi variantlarını SaatStore fərqi ilə təklif edirik, çünki yeni ildə xoşbəxt bir başlanğıc etməyinizə çox əhəmiyyət veririk.

Klassik saatlar, idman saatları, avtomatik saatlar və daha çox kimi müxtəlif kateqoriyalarda və ya Swiss Military by Chrono, Swatch, Tissot , Cover , Daniel Klein kimi bir çox məşhur brendlərdə Yeni il hədiyyəsi seçimini diqqətlə seçmişik.  


Yeni il Ümid deməkdir...

Hamımızın yeni ildən fərqli gözləntiləri var. Bəzilərimiz xəyal etdiyi saat markasına və ya modelinə sahib olmaq istəyir. Sevdiklərimizin ümid etdikləri məqsədləri varsa, gözləntilərini doğrultmaq üçün yaxınlarınızın ümidləri Yeni il hədiyyənizlə gerçəkləşsin.

Sevgiliyə Yeni il  Hədiyyəsi

Bütün bir ili geridə qoyduq və o xüsusi insanla çox şey paylaşdıq. Sevgiliniz üçün ən yaxşı Yeni il hədiyyəsini tapmaq üçün SaatStore Yeni il hədiyyə seçimlərini nəzərdən keçirin. Davamlı və uzun illər istifadə oluna bilən qəşəng saat modeli, o xüsusi insana önümüzdəki illərdə zamanda səyahəti təmin edəcək, xatirələri canlandıracaq. Saat sevgiliniz üçün çox özəl hədiyyədir.


Ailəmizlə Sağlamlıq və Xoşbəxtlik dolu neçə belə illərə ... 

Həyatımız boyu onların dəstəyini həmişə hiss etmişik. Onlara görə xoşbəxtik. İndi onları xoşbəxt etməyin vaxtıdır. Ən yaxşı Yeni il  hədiyyələri onları xatırladığınızı və heç vaxt unutmayacağınızı göstərmək üçün sizi gözləyir. Ananız üçün gözəl bir saat onu kraliça kimi hiss etdirsə də, bacınıza hədiyyə edəcəyiniz idman saatı onun ürəyinin döyünməsini sürətləndirəcək. Bəs atamız, onlar bizim ilk qəhrəmanlarımızdır. Atasına ən gözəl Yeni il hədiyyəsini tapmaq istəyənlər üçün klassik saat modellərimizə nəzər salmanızı tövsiyə edirik. 

Həmkarlarına Yeni il  Hədiyyəsi

Bir il çiyin-çiyinə çalışdınız. 2022-ci ildə çətin günlərdən birlikdə keçəcəksiniz. Həmkarlarımızın həyatımızda böyük yeri var və onlar gözəl Yeni il hədiyyəsinə layiqdirlər.


Yeni ildə endirimli Yeni il  hədiyyələri kampaniyalarımıza nəzər salmağı unutmayın. Yeni il hədiyyəsi kampaniyası seçimləri ilə gözəl saat modellərini ala bilərsiniz. Yeni ildə sizə xoşbəxtlik arzulayırıq.